Ötən il meşə yanğınları və daşqınlardan ciddi zərər çəkən Yunanıstanda hakimiyyət orqanları turistlər üçün yeni rüsum tətbiq edib: iqlim dəyişikliyinə davamlılıq. Bu yolla hökumət təsirə məruz qalmış rayonların bərpası və sonrakı iqlim layihələri üçün vəsait əldə etməyə çalışır.
Qaziler.az bildirir ki, “SchengenVisaInfo”nun yerli KİV-ə istinadən yazdığına görə, bundan sonra turistlərdən yaşadıqları yerlərdə əlavə vergi ödəmələri tələb olunacaq. Düzdür, yeni vergi ödəmə sistemi mövsümi xarakter daşıyacaq və yalnız martdan oktyabr ayına kimi tətbiq olunacaq.
Vergi məbləği əmlakın rəsmi reytinqindən asılı olaraq dəyişəcək və gecəlik 1 avrodan 4 avroya qədər olacaq. Məsələn, mənzillərdə və bir və ya iki ulduzlu otellərdə qalanlar 1,50 avro, üçulduzlu otellərin qonaqları isə 3 avro vergi ödəyəcək. Dördulduzlu oteldə yerləşmə əlavə 7 avroya başa gələcək, lüks beşulduzlu otellərdə isə vergi 10 avro olacaq. Bu vergilər operator və ya səyahət agentləri tərəfindən təqdim edilən qiymətlərə daxil edilməyəcək və turistlər onları avro ilə yerində ödəməli olacaqlar.
QAZİLER.AZ