Yəmən husilərinin əsir götürdükləri arasında ukraynalı dənizçilər var.
Qaziler.az-ın məlumatına görə, “RBC Ukraine” nəşri öz “Telegram” kanalında xəbər verir ki, bu barədə ölkə prezidenti Volodimir Zelenski danışıb.
Zelenski Britaniyanın baş naziri Rişi Sunakla keçirdiyi mətbuat konfransında deyib: “Dörd dənizçimiz husilər tərəfindən əsir götürülüb və biz onların geri qaytarılması üzərində işləyirik”.
Yanvarın 12-də məlum olub ki, ABŞ və Britaniya hərbi hava qüvvələri Yəməndə husilərin 16 hədəfinə 60-dan çox zərbə endirib.
Husilər tezliklə cavab verəcəklərini vəd ediblər.
QAZİLER.AZ