“Rusiyanın neft və qaz büdcəsi Yəməndəki münaqişəyə görə sərfəli vəziyyətdə ola bilər”.
Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, bunu Rusiya Ali İqtisadiyyat Məktəbinin İqtisadi Ekspertiza Mərkəzinin direktoru Marsel Salixov bildirib. Onun sözlərinə görə, baş verənlər enerji resurslarının qiymətinin artmasına səbəb ola bilər. Eyni zamanda ekspert qeyd edib ki, kəskin bahalaşma ehtimalı azdır.
“Husilərə qarşı hərbi əməliyyatın başlanması daha da eskalasiyaya gətirib çıxararsa və Yaxın Şərqdə digər ölkələrin, məsələn İranın husilərin tərəfində iştirakına səbəb olarsa, o zaman mümkün tədarükün pozulması və dünya ticarətinə mənfi təsir səbəbindən neft qiymətlərinin daha da artacağını gözləmək olar. Lakin hələlik bazar bu ssenarini daha az ehtimal edir”, - deyə Salıhov bildirib.
QAZİLER.AZ