Hazırda Yəməndə yüzlərlə rus ola bilər. Vətəndaşlarımıza bu ölkəyə səfərdən çəkinmələri tövsiyə olunur.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya səfirliyindən TASS-a verilən məlumatda qeyd olunub.
Diplomatik nümayəndəlikdən bildiriblər ki, yanvarın 12-də səhər saatlarına olan məlumata görə, səfirliyə ABŞ və Böyük Britaniyanın gecə saatlarında Yəmənə endirdiyi zərbələr nəticəsində xəsarət alan Rusiya vətəndaşları barədə məlumat daxil olmayıb.
Səfirlik əlavə edib ki, vəziyyəti yaxından izləməkdə davam edir. Diplomatlar qeyd ediblər ki, ABŞ və Böyük Britaniyanın Yəməndəki hədəflərə zərbələri bu ölkə sakinlərinin vəziyyətini daha da pisləşdirməklə təhdid edir.
QAZİLER.AZ