Rusiya paytaxında terror aktının qarşısı alınıb. APA-nın Moskva müxbirinin verdiyi xəbər görə, bu barədə Milli Antiterror Komitəsi (MAK) məlumat yayıb.
Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanlarının Strelbişenski döngəsində yerləşən mənzillərin birində keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində paytaxtda terror aktı törətməyi planlaşdıran bir qrup şəxs yaxalanıb.MAK-ın məlumatına görə, saxlanılan şəxslərin gizləndiyi evdə əldəqayırma partlayıcı qurğu aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.