Böyük Britaniya gələn maliyyə ilində Ukraynaya hərbi yardımını 2,5 milyard funt sterlinqə (təxminən 3,2 milyard dollar) çatdıracaq və həmçinin ona ən böyük dron partiyasını göndərəcək.
Qaziler.az bildirir ki, bu barədə məlumat Britaniya hökumətinin saytında yanvarın 12-də Böyük Britaniyanın baş naziri Rişi Sunakın Kiyevə səfəri ərəfəsində yayılıb.
“Rişi Sunak növbəti maliyyə ilində Ukraynaya hərbi maliyyəni 2,5 milyard funt-sterlinqə çatdıracaq, bu da pilotsuz uçuş aparatları üçün indiyə qədər ən böyük maliyyə dəstəyi verəcək”, - məlumatda deyilir.
Qeyd edilir ki, bu məbləğ əvvəlki iki illə müqayisədə 200 milyon funt sterlinq (255 milyon dollar) çoxdur. Təxminən eyni məbləğ böyük hissəsinin Britaniya torpaqlarında istehsalı planlaşdırılan PUA-ların istehsalı və alınmasına xərclənəcək.
QAZİLER.AZ