ABŞ Konqres qərar verənə qədər Ukraynaya yardımı dayandırdı

ABŞ Konqres qərar verənə qədər Ukraynaya yardımı dayandırdı backend

Konqres yeni maliyyələşdirməni təsdiq edənə qədər Amerika Birləşmiş Ştatlarından Ukraynaya yardım dayandırılır.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbinin Ağ Evdə keçirdiyi brifinqdə verdiyi açıqlamaya istinadən məlumat yayıb.

Kirbinin sözlərinə görə, ABŞ kifayət qədər pulu olan sonuncu hərbi yardım paketini təqdim edib.

"Ukraynaya verdiyimiz yardım indi dayanıb. Rusiysnın həyata keçirdiyi hücumlar isə getdikcə güclənir. Və bu həftənin əvvəlində deyilmişdi ki, onlar öz çirkin işlərini görmək üçün Şimali Koreyanın ballistik raketlərindən istifadə edirlər", -  Kirbi bildirib.

Qeyd edək ki, ABŞ-dan Ukraynaya 250 milyon dollar məbləğində sonuncu hərbi yardım paketi 2023-cü il dekabrın 27-də verilib.

QAZİLER.AZ

 

Diaspora