Ekspert Yəməndə eskalasiyanı üçüncü dünya müharibəsinin mümkün başlanğıcı adlandırıb

Ekspert Yəməndə eskalasiyanı üçüncü dünya müharibəsinin mümkün başlanğıcı adlandırıb backend

Beynəlxalq problemi hərbi yolla həll etmək cəhdi üçüncü dünya müharibəsinin başlanmasına səbəb ola bilər.

Qaziler.az bildirir ki, bu barədə yanvarın 12-də Xakas Dövlət Universitetinin Tarix fakültəsinin magistrantı Vitali Mixalkin Yəməndə münaqişənin kəskinləşməsini şərh edərkən “İzvestiya”ya bildirib.

"İndi Yəməndə baş verənlər kifayət qədər ciddi problemdir, çünki münaqişənin hər hansı ekskalasiyası və beynəlxalq məsələlərin hərbi güclə həllinə cəhd üçüncü dünya müharibəsinin başlanmasına səbəb ola bilər" dedi.

Ekspert qeyd edib ki, bu gün digər ölkələrin, məsələn, Böyük Britaniyanın da bu məsələlərin həllində iştirakı var.

Mixalkin baş verənlər fonunda beynəlxalq birjalarda neftin qiymətinin qalxdığına da diqqət çəkib.

O, bütün bunların nəinki digər dövlətlərin münaqişəyə cəlb olunmasına, həm də ciddi qlobal nəticələrə gətirib çıxaracağını vurğulayıb.

Bundan əlavə, onun sözlərinə görə, ABŞ öz korporativ məsələlərini həll etmək üçün həmişə NATO qüvvələrindən istifadə edir.

QAZİLER.AZ

Diaspora