Amerikanın “Microsoft” korporasiyası dünyanın ən dəyərli şirkətləri reytinqində “Apple”ı geridə qoyub.
Qaziler.az bildirir ki, bu haqda “Reuters” məlumat dərc edib.
Belə ki, “İphone” istehsalçısı 2021-ci ildən bəri ilk dəfə liderliyini itirib, çünki tələbatla bağlı artan narahatlıqlar fonunda səhmlərin qiyməti düşüb.
“Microsoft”un səhmləri isə 2% artaraq 2,903 trilyon dollar təşkil edib. Bu arada, səhmlərin 0,9% ucuzlaşması ilə “Apple”ın bazar dəyəri 2871 dollar səviyyəsində qərarlaşıb.
Qeyd olunur ki, dünyanın ən böyük şirkətlərindən bəziləri illərdir ən dəyərli şirkətlərin reytinqində birinci yer uğrunda mübarizə aparır.
Analitik Gil Luiria deyir ki, “Microsoft”un “Apple”ı ötməsi qaçılmaz idi, çünki Microsoft daha sürətlə inkişaf edir və süni intellekt inqilabından daha çox faydalana bilər.
QAZİLER.AZ