Çeçenistanda Qəzzadan gələn fələstinlilər üçün binalar tikilir

Çeçenistanda Qəzzadan gələn fələstinlilər üçün binalar tikilir backend

Çeçenistan Respublikasının lideri Ramzan Kadırov dünən Qəzzadan gələn fələstinliləri yerləşdirmək üçün çoxmənzilli binaların tikilməyə başladığını açıqlayıb.

Qaziler.az “timeturk.com”a istinadla bildirir ki, bu barədə Kadırov hər biri 35 mənzilli olan beş blokdan ibarət tikinti üçün nəzərdə tutulmuş ərazidə keçirilən təməlqoyma mərasimində iştirak edərkən bildirib. Binalar məktəb və uşaq baxçalarına yaxın tikiləcək.

Kadırov layihə ilə bağlı “Telegram” kanalında bunları yazıb: "Mən tezliklə yeni evlərə sahib olacaq sakinləri böyük məmnuniyyətlə təbrik etdim. Sonra da hərtərəfli yardım və dəstəyimizi göstərəcəyimizi vurğuladım".

Bildirilib ki, layihə regional xeyriyyə təşkilatı vasitəsilə maliyyələşdirilib. Regional hökumətin məlumatına görə, hər ailəyə 100 min rubl (1120 dollar) veriləcək.

Çeçenistan rəsmiləri Qəzzaya humanitar yardım və qaçqınların yerləşdirilməsi üçün təxminən 130 milyon rubl (1,45 milyon dollar) ayrıldığını bildirib.

QAZİLER.AZ

Diaspora