İsrail Qəzza zolağında 400-ə yaxın məscidi dağıdıb

İsrail Qəzza zolağında 400-ə yaxın məscidi dağıdıb backend

İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 400-ə yaxın məscid tamamilə və ya qismən dağıdılıb.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, məlumatı anklavın media ilə əlaqələr şöbəsi verib.

“İsrail hərbçiləri 140 məscidi tamamilə, 240-nı isə qismən dağıdıb, üç xristian kilsəsinə də ziyan dəyib”, - hesabatda deyilir.

Məlumatda həmçinin min ildən çox əvvəl tikilmiş memarlıq obyektlərinin İsrailin atəşi nəticəsində zərər gördüyünü qeyd edib. Bu hərəkətlər beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilir. Qəzza beynəlxalq ictimaiyyəti vəziyyətə təcili müdaxilə etməyə çağırıb.

QAZİLER.AZ

Diaspora