Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek Omandakı Sultan Qabus məscidinə daxil olarkən ayağında fərqli rəngdə corablar olub.
Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, alman siyasətçinin internetdə görüntüləri yayılıb.
Habek Yaxın Şərqin bir sıra ölkələrinə səfəri çərçivəsində Omanın paytaxtı Maskatda olub. Daha sonra nazir Qabus məscidinə gedib və ayaqqabılarını çıxardaraq, içəri daxil olub. Ətrafında olan insanlar onun corablarının fərqli rənglərdə - birinin tünd göy, digərinin qara rəngdə olduğunü müəyyən ediblər. Amma görünən o olub ki, Habek özü bundan heç də narahatlıq hissi keçirməyib.
Qeyd edək ki, səfər çərçivəsində Almaniyalı nazir yola düşməzdən əvvəl Qəzza zolağında hərbi əməliyyatlar fonunda regionda danışıqlar prosesinə dəstək vermək niyyətində olduğunu bildirib. Habek İsrail, İordan çayının qərb sahili və Səudiyyə Ərəbistanına da səfər etməyi planlaşdırır.
QAZİLER.AZ