Rusiya Ekvadora xəbərdarlıq edib

Rusiya Ekvadora  xəbərdarlıq edib backend

"Rusiya Ekvadorun Rusiya hərbi texnikasını ABŞ-a təhvil verməsi ilə bağlı məlumatları yoxlayır".

Qaziler.az xəbər verir ki, bu barədə Rusiyanın respublikadakı səfiri Vladimir Sprinçan “Rossiya-24” telekanalında bildirib. O əlavə edib ki, Moskvanın bu cür hərəkətləri qeyri-dostluq kimi qiymətləndirdiyi barədə Ekvador hökumətinə məlumat verilib.

“Biz məlumatları yoxlayırıq. Ancaq Rusiyanın mövqeyini Ekvador hökumətinə çatdırdıq ki, amerikalılar bu avadanlığı göndərməyə ehtiyac duymurlar, xüsusən də bunu metal qırıntıları adlandırdıqları üçün. Onlar Rusiya istehsalı olan avadanlıqlarla işləməyi bilənlərə lazımdır”, - deyə səfir bildirib.

QAZİLER.AZ

Diaspora