Türkiyə beynəlxalq axtarışda olan rusiyalı qadını ölkəsinə verib

Türkiyə beynəlxalq axtarışda olan rusiyalı qadını ölkəsinə verib backend

Moskva yaxınlığındakı Vnukovo hava limanında Türkiyə hüquq-mühafizə orqanlarının nümayəndələri mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda dələduzluqda ittiham olunan Natalya Qarbulu Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil veriblər.

Qaziler.az bildirir ki, bu barədə yanvarın 11-də nazirliyin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

İstintaqın məlumatına görə, Qarbul və onun şərikləri vətəndaşlara ofşor şirkətə investor olmağı təklif ediblər. Bu təşkilatın Samarada bir neçə ofisi olsa da, heç bir real fəaliyyət göstərməyib və maliyyə piramidası prinsipi ilə işləyib.

“2015-ci ilin oktyabrından 2016-cı ilin noyabrına qədər bu şəxslər vətəndaşların 11 milyon rubldan çox pul vəsaitini mənimsəyiblər. Təqsirləndirilən şəxs xaricə qaçıb və Rusiya Daxili İşlər Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsinin təşəbbüsü ilə beynəlxalq axtarışa verilib”, - deyə  Volk deyib.

Axtarış tədbirləri zamanı Qarbulun Türkiyədə olması barədə məlumat daxil olub, bundan sonra respublikanın səlahiyyətli orqanları axtarışda olan qadının Rusiyaya deportasiyasına qərar verib.

"Moskvaya çatan kimi o, polis tərəfindən saxlanılıb", - deyə Volk fikrini yekunlaşdırıb.

mənbə: izvestiya.ru

 

QAZİLER.AZ

Diaspora