Qvatemalanın Santa-Katarina qəsəbəsində baş vermiş torpaq sürüşməsinin qurbanlarının sayı artmaqda davam edir.
APA-nın verdiyi məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 213-ə çatıb, 356 nəfər itkin düşmüş hesab olunur.Xilasedici xidmət əməkdaşlarının sözlərinə görə, yerli hökumət təbii fəlakət qurbanlarının hamısının cəsədlərinin tapılmasına çalışacağına söz verib.
Xatırladaq ki, torpaq sürüşməsi yağan intensiv yağışlardan sonra oktyabrın 1-də baş vermişdi. Nəticədə paytaxt Qvatemala ətrafında yerləşən Santa-Katarina qəsəbəsində 120 ev tamamilə məhv olmuşdu.