İtaliyanın paytaxtı Romada neofaşistlərin yürüşü zamanı “Roma salamı”na görə beş nəfər saxlanılıb.
Qaziler.az bildirir ki, bu barədə yanvarın 10-da İtaliyanın ANSA xəbər agentliyi məlumat yayıb.
Qeyd olunur ki, nümayişdə “ifrat sağçı yaraqlılar və bəzi ifrat sağçı qruplar” iştirak edib. Faşist salamı verən 5 nəfər artıq müəyyən edilərək saxlanılıb, hazırda polis qalan nümayişçilərin şəxsiyyətini müəyyənləşdirməkdə davam edir.
İtaliyanın daxili işlər naziri Matteo Piantedosi hadisənin "qəzəb doğurduğunu" söyləyib, lakin "qadağanın əks-məhsuldar olduğunu" da qeyd edib.
Nümayiş 1978-ci ildə İtaliya neofaşist partiyası fəallarının törətdiyi terror aktı olan "Acca Larentia" qırğınının ildönümündə, yanvarın 7-də baş tutub.
mənbə: izvestiya.ru
QAZİLER.AZ