Qazaxıstanda içərisində 3 nəfərin olduğu avtomobil yoxa çıxıb

Qazaxıstanda içərisində 3 nəfərin olduğu avtomobil yoxa çıxıb backend

Onların axtarışı üçün helikopter göndərilib.

Qaziler.az xəbər verir ki, Qazaxıstanın Atıray vilayətində Fövqəladə Hallar İdarəsinin əməkdaşları 3 nəfərin Qızılkoqa rayonunun Karabau kəndinə getdiyi avtomobili axtarır.

İdarədən verilən məlumata görə, yanvarın 9-da 3 nəfər Makat rayonunun Dosor kəndindən Qızılkoq rayonunun Karabau kəndinə avtomobillə çıxıb və geri qayıtmayıb. Qeyd olunur ki, onlarla telefon əlaqəsi yoxdur.

İtkin düşənlərin yaxınları Fövqəladə Hallar İdarəsi ilə əlaqə saxlayıb.

Xilasedicilər 1984, 1986 və 1996-cı il təvəllüdlü vətəndaşların axtarışına başlayıb.

Yanvarın 10-da Mİ-8 helikopteri axtarışa qoşulub. Axtarış-xilasetmə işləri maşınla həyata keçirilir.

QAZİLER.AZ

 

Diaspora