Ekvadorun hüquq-mühafizə orqanları Nobol şəhərində iki polis əməkdaşının qətlində şübhəli bilinən şəxsi saxlayıb.
"Report" xəbər verir ki, bu barədə Ekvador polisinin “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib.
“Aparılan əməliyyat tədbirləri nəticəsində Nobolda iki həmkarımızın qətlində təqsirli bilinən şəxs səlahiyyətli orqanlara təhvil verilib”, - məlumatda deyilir.
Xatırladaq ki, iğtişaşlar zamanı 13 nəfər ölüb. Ölənlər arasında iki polis əməkdaşı da var.