Bolqarıstanda sovet əsgəri- “Alyoşa” abidəsini köçürməyi düşünürlər.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu təklifi Plovdiv Şəhər Şurasına "Demokratlar Güclü Bolqarıstan Uğrunda" Partiyasının deputatları təqdim ediblər.
Bu barədə siyasi birliyin mətbuat xidməti məlumat yayıb.
Parlamentarilər Vladimir Slavenski və Jono Cepilskinin təşəbbüsü ilə onun Sofiyadakı Sosialist İncəsənəti Muzeyinə köçürülməsi təklif edilir. Eyni zamanda, abidənin köçürülməsi üzrə işlər 2024-cü ilin sonuna qədər başa çatdırılmalıdır.
"Darik Radio"nun qeyd etdiyi kimi, muzeydə bürünc heykəllər üçün yer yoxdur, belə irimiqyaslı abidə üçün isə bu, tamamilə mümkünsüzdür.
Şəhər Şurasının üzvlərinin bu təklifə yanvarın 17-də keçiriləcək iclasında baxacağı gözlənilir.
Xatırladaq ki, abidə 1957-ci il noyabrın 5-də Plovdivdə (Bolqarıstan) hündür Bunardjik təpəsində ucaldılıb.
Altı metrlik postamentə quraşdırılmış sovet əsgəri heykəlinin hündürlüyü 11 metrdir. Döyüşçü əlində yerə doğru yönəlmiş "Şpagin" avtomatını tutur.
90-cı illərin əvvəllərində şəhər hökuməti abidəni sökmək qərarına gəlib, lakin ictimai rəy onu "xilas edib".
QAZİLER.AZ