İraqın şimalında "Pençe-Kilit" əməliyyatı bölgəsində aşkarlanan 2 PKK terrorçusu zərərsizləşdirilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, nazirlikdən verilən açıqlamada son terrorçu zərərsizləşdirilənə qədər PKK ilə mübarizənin davam edəcəyi vurğulanıb.
Nazirliyin sosial media hesabında yer alan paylaşımda aşağıdakı ifadələr yer alıb:
"İraqın şimalında uğurla davam edən "Pence-Kilit" əməliyyatı bölgəsində 2 PKK terrorçusu zərərsizləşdirilib. Terrorla və terrorçularla mübarizəmiz əzmlə, artan intensivlik və templə davam edəcək".
QAZİLER.AZ