2019-cu ildən bəri ilk dəfə: Zelenski Estoniyaya gedir

2019-cu ildən bəri ilk dəfə: Zelenski Estoniyaya gedir backend

Ukrayna lideri Vladimir Zelenski işgüzar səfərlə Estoniyaya gedəcək. Bu, Vladimir Zelenskinin 2019-cu ildən bəri bu ölkəyə ilk səfəri olacaq.

Qaziler.az  bildirir ki, bu barədə yanvarın 10-da Estoniya mətbuatı məlumat yayıb. Bildirilib ki, Ukrayna dövlətinin başçısı yanvarın 11-də Tallinə gələcək.

Təhlükəsizlik səbəbi ilə Zelenskinin səfərinin dəqiq vaxtı hələlik açıqlanmır. Mətbuat Ukrayna liderinin Tallinndə Estoniyanın prezidenti, parlament sədri və baş naziri ilə görüşəcəyini yazıb.

Vladimir Zelenski ilə gözlənilən görüşdən əvvəl Kaya Kallas bildirib ki, bütün estoniyalılar Ukrayna prezidentini öz ölkələrində salamlamaqdan məmnundurlar. O, Estoniyanın Ukraynanın qələbəsinə inandığını da vurğulayıb.

Bu barədə yanvarın 10-da Estoniya mətbuatı məlumat yayıb. Bildirilib ki, Ukrayna başçısı cümə axşamı, yanvarın 11-də Tallinə gələcək.

QAZİLER.AZ

Diaspora