Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar Türkiyənin T24 qəzetinə müsahibəsində Kiyevə veriləcək Qərb silahlarının İsrailə daşınmasından şikayətlənib.
Qaziler.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Beynəlxalq media diqqətini bu istiqamətə (Qəzzaya) yönəldib, ona görə də Ukraynadakı münaqişənin bitdiyini düşünənlər var”, - deyə Bodnar təəssüflə bildirib.
Səfir əlavə edib ki, Qərb ölkələri daxilindəki siyasi dinamika da Kiyevə dəstəyə təsir göstərir. Nümunə kimi o, ABŞ-da qarşıdan gələn prezident seçkilərini, Slovakiya və Macarıstanın Ukraynaya pul ayırmaq istəməməsini, eləcə də Polşa ilə sərhəddə yerli fermerlərin təşkil etdiyi blokadanı göstərib.
QAZİLER.AZ