Litva prezidenti Ukraynanı dəstəkləyəcəyinə söz verdi

Litva prezidenti Ukraynanı dəstəkləyəcəyinə  söz verdi backend

Litva prezidenti Gitanas Nauseda Ukrayna prezidenti Volodimir Zelenskinin ölkəyə səfəri zamanı Kiyevə nə qədər lazımdırsa, o qədər də dəstək verəcəyini vəd edib.

Qaziler.az bildirir ki, məlumatı “Reuters” yayıb.

Nausedanın qeyd etdiyi kimi, Vilnüs “qələbəyə qədər” Ukraynaya kömək etməyə davam edəcək. Litva lideri vurğulayıb ki, yardım həm maliyyə, həm də siyasi baxımdan göstəriləcək.

Qeyd edək ki, yanvarın 10-da Ukrayna prezidenti Volodimir Zelenski Litvaya uçub və orada bir sıra yüksək vəzifəli siyasətçilərlə görüşməyi planlaşdırır.

QAZİLER.AZ

Diaspora