Putin kiçik xalqların dilləri ilə bağlı təklifi dəstəklədi

Putin kiçik xalqların dilləri ilə bağlı təklifi dəstəklədi backend

Rusiya prezidenti Vladimir Putin Anadıra səfəri zamanı bildirib ki, o, Şimaldakı yerli xalqların dillərinin dərsliklərinin təhsil standartına daxil edilməsi prosedurunun sadələşdirilməsinin tərəfdarıdır.

Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.

Məlumatda qeyd olunur ki, Çukotka ictimaiyyəti ilə görüşdə şimal xalqlarının dillərinin dəstəklənməsi məsələsi qaldırılıb, xüsusən də təhsil standartlarının yerli xalqların dərsliklərindən daha sürətlə dəyişməsi müzakirə olunub.

Putin qeyd edib ki, bu problemi Rusiya Təhsil Nazirliyinin rəhbəri Sergey Kravtsovla müzakirə edəcək.

“Biz mütləq bunun üzərində işləyəcəyik, mən Sergey Sergeyeviç Kravtsovla mütləq danışacağam”, - dövlət başçısı bildirib.

O qeyd edib ki, “texniki məsələlər kifayət qədər həll edilə bilər”.

QAZİLER.AZ

Diaspora