ABŞ müdafiə naziri Eşton Karter RusiyanınSuriyaya atdığı qanadlı raketlərdən bəzilərinin hədəfə çatmadığını təsdiqləyib.
APA-nın verdiyi məlumata görə, Böyük Britaniya müdafiə naziri Maykl Fellon ilə birlikdə mətbuat konfransı keçirən E. Karter bu barədə Pentaqonda sübutlar olduğunu söyləyib. O, raketlərin hədəfə çatmamasının səbəbinin texniki nasazlıq ola biləcəyini vurğulayıb.
Qeyd edək ki, CNN bir gün əvvəl Rusiyanın Xəzər dənizi akvatoriyasındanSuriyaya atdığı 26 qanadlı raketdən azı 4-nün hədəfə yetişməyərək İran ərazisinə düşdüyü barədə xəbər yayıb. Rusiya və İran isə bu xəbəri təkzib edib.