İranın Həcc və Ziyarətlər Təşkilatının sədri Səid Əhədi deyib ki, həcc ziyarəti zamanı baş verən Mina faciəsində itkin düşən iranlı zəvvarlardan 87-nin cəsədini tanımaq mümkün olub. Tanınan cəsədlər artıq Tehrana yola salınıb. Qalanlarının şəxsiyyətləri isə cəsədlərin identifikasiyasından sonra məlum olacaq.
Təşkilatın sədri qeyd edib ki, cəsədlərin identifikasiyası asan məsələ deyil və bu proses vaxt aparacaq. Hələlik onlar da itkin düşən hesab edilir.
Bəzi mətbuat orqanları yazır ki, Mina faciəsi ilə əlaqədar Səudiyyə Ərəbistanında 28 nəfər şübhəli bilinərək həbs edilib. Əgər şəriət məhkəməsi günahkar hesab edərsə onların hamısı edam olunacaq.