Avstriya Maliyyə Nazirliyinin rəhbəri Maqnus Brunner sürət həddini aşdığına görə 4 həftəlik sürücülük hüququndan məhrum edilib.
Qaziler.az bildirir ki, bu barədə Kurier məlumat yayıb.
Nazir avtomobili saatda 130 kilometrdən çox (sürət həddi saatda 80 kilometr nəzərdə tutulub) sürətlə idarə edib.
Hadisə şənbə günü, yanvarın 6-da baş verib.
Qeyd olunur ki, idarə rəisi şəxsi görüşə BMW 7 markalı xidməti avtomobillə gedirmiş. Yol polisi Brunneri Reyn Vadisi avtomobil yolunda saxlayıb.
QAZİLER.AZ