Böyük Britaniya və Qərb ölkələri illərlə Ukraynaya maliyyə və hərbi dəstək verməyə hazırdır.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə yanvarın 9-da Britaniyanın xarici işlər naziri Devid Kemeron məlumat verib.
"Biz 2024, 2025, 2026-cı illər ərzində Ukraynanı dəstəkləməyə hazırıq, onlara bu dəstəyi verməyə hazırıq, çünki söhbət bizim üçün əsas problemdən gedir", - siyasətçi Britaniya parlamentinin Xarici Siyasət Komitəsində çıxışı zamanı deyib.
O, həmçinin Kiyevə tədarük üçün silah istehsalının artırılmasının vacibliyini vurğulayıb, çünki “bizim koalisiyaya daxil olan ölkələrin ümumi ÜDM-i Rusiyanınkından 25 dəfə çoxdur”.
“Müttəfiqlərimizlə birlikdə Rusiya Prezidenti Vladimir Putinə açıq şəkildə göstərmək istəyirik ki, onun gözləmə siyasəti bizimlə işləməyəcək”, - Kemeron deyib.
Bundan əlavə, XİN rəhbəri Londonun 2024-cü il üçün Ukraynaya növbəti yardım paketinin həcmini tezliklə açıqlayacağını bildirib.
QAZİLER.AZ