Qazaxıstanın Abay rayonunda sükan arxasında yuxulayan avtomobil sürücüsü yük maşınına çırpılıb.
Qaziler.az Qazaxıstan mətbuatına istinadən bildirir ki, Polisin məlumatına görə, yol qəzası yanvarın 9-da axşam saatlarında Omsk-Maykapçaqay yolunun 659-cu kilometrliyində baş verib.
Ehtimallara görə, 30 yaşlı "Lada Granta" sürücüsü həddən artıq işlədiyindən sükan arxasında yuxulayıb və ağır yük maşını ilə toqquşub. Rayon Polis İdarəsindən verilən məlumata görə, nəticədə idarəetməni itirən avtomobil xəndəyə "uçub".
Qəza nəticəsində xəsarət alan olmayıb.
QAZİLER.AZ