Əfqanıstanın paytaxtı Kabilin şərqində bombalı hücum nəticəsində ən azı 3 nəfər həyatını itirib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Kabil Polis İdarəsinin sözçüsü Xalid Zadran mövzu ilə bağlı mətbuata açıqlama verib.
Zadran bildirib ki, Kabilin şərqindəki bölgədə axşam saatlarında sərnişin avtomobilinə yerləşdirilən maqnit bombasının partlaması nəticəsində ən azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Təhlükəsizlik qüvvələrinin bölgəyə gəldiyini bildirən Zadran, hadisə ilə bağlı bir şübhəlinin həbs olunduğunu qeyd edib.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Yanvarın 6-da Kabilin şiə həzaraların sıx yaşadığı Dəşt-i Bərçi bölgəsində törədilən bombalı hücum nəticəsində 5 nəfər həlak olmuşdu. Hücuma görə məsuliyyəti terror təşkilatı İŞİD üzərinə götürmüşdü.
QAZİLER.AZ