Qabriel Attal Fransanın Baş naziri təyin olunub.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Emmanuel Makron qərar imzalayıb.
34 yaşlı Q.Attal Fransa tarixində ən gənc Baş nazirdir.
Qeyd edək ki, Q.Attal indiyə qədər təhsil naziri vəzifəsində işləyib.
Xatırladaq ki, E.Makron yanvarın 8-də Baş nazir Elizabet Bornu işdən çıxarıb. O, 2022-ci ilin mayından bu vəzifədə çalışırdı.