Qazaxıstanda sabiq nazirin cinayəti ilə tanış olan vəkil şok yaşadı

Qazaxıstanda sabiq nazirin cinayəti ilə tanış olan vəkil şok yaşadı backend

Qazaxıstanda respublikanın keçmiş iqtisadiyyat naziri Kuandıq Bişimbayev həyat yoldaşının qətlinə görə məhkəmə qarşısına çıxarılacaq.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə vəkil Janna Muhamadi sosial şəbəkədə iş üzrə aparılan ekspertizalar ilə tanış olduğunu vurğulayıb. Vəkilin sözlərinə görə, o, təcrübəsində belə soyuqqanlılıqla rastlaşmayıb.

"İş üzrə aparılan bütün istintaqlarla tanış olduq. Mən heç vaxt belə qəddarlıq və soyuqqanlılıq görməmişdim”, – vəkil yazıb.

Muhamadi qeyd edib ki, şübhəlinin qardaşı da nəzarətə götürülüb. Onun sözlərinə görə, o, cinayət barədə xəbər verməməkdə ittiham oluna bilər.

Vəkil qeyd edib ki, biz hələ işin bütün materialları ilə tanış deyilik, lakin təcrübəyə əsasən, şübhəlinin qardaşı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 434-cü maddəsi (cinayət barədə məlumat verməmə) ilə ittiham edilməlidir.

QAZİLER.AZ

Diaspora