Rusiya prezidenti Vladimir Putin D.İ.Mendeleyev adına Rusiya Kimya-Texnoloji Universitetinin 24 yaşlı məzununu vətəndaşlığından məhrum edib.
Qaziler.az xəbər verir ki, bu haqda “Ostorojna, novosti” teleqram kanalı məlumat yayıb. Xəbərə görə, qız Ukrayna vətəndaşlığını almaq istəyib və bunun üçün Rusiya pasportundan imtina etməli olub.
Telekanalın məlumatına görə, Kseniya Meditskaya Moskvada anadan olub, lakin onun valideynləri ukraynalıdır. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, 2021-ci ilin payızında o, Ukrayna vətəndaşlığını almaq üçün Ukraynaya gedib. Bunun üçün o, Rusiya pasportundan imtina etməli olub. Ona görə də, 2022-ci ilin fevralında qız Rusiyaya gedib, lakin xüsusi hərbi əməliyyatın başlaması səbəbindən geri qayıda bilməyib.
Kanal yazır ki, 2024-cü il yanvarın 9-da Putin qızı Rusiya vətəndaşlığından məhrum edən fərman imzalayıb.
QAZİLER.AZ