Yaponiya da təhlükəsizlik əməkdaşları Yaponiya parlamentinin binası yaxınlığında şübhəli obyekt aşkar ediblər. Əşya kuryer çantasına bənzəyib.
Qaziler.az bildirir ki, Çinin Sinxua xəbər agentliyinin yaydığı məlumata görə, hadisə yerinə partlayıcılar üzrə mütəxəssis briqadası çağırılıb. Daha sonra polislər aşkarlanan əşyanın təhlükə yaratmadığını bildiriblər.
Agentlik bildirib ki, çanta Yaponiya Milli Parlament binasının əsas qapısında tapılıb. Ona görə də hadisə yerinə partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə briqadasının mütəxəssisləri göndərilib.
QAZİLER.AZ