Yaponiyanın keçmiş baş naziri Kakuei Tanakanın Tokionun mərkəzindəki iqamətgahı tamamilə yanıb.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, məlumatı NHK telekanalı yayıb.
Telekanalın məlumatına görə, yanğın yanvarın 8-də günortadan sonra baş verib. Ehtimal olunur ki, yanğına səbəb buxur çubuğu olub. 800 kvadratmetr ərazini əhatə edən yanğın təxminən iki saatdan sonra 20 yanğınsöndürmə briqadası tərəfindən söndürülüb. Nəticədə ikimərtəbəli bina demək olar ki, tamamilə yanıb. Bundan əlavə, həmin ərazidə yaxınlıqda yerləşən birmərtəbəli bina da qismən yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Tanaka 1972-1974-cü illərdə Yaponiyanın baş naziri olub. Onun qızı Tanaka Makiko əvvəllər Xarici İşlər Naziri olub. Qadın yanğının başladığı binaya buxur çubuqları qoyduğunu bildirib.
QAZİLER.AZ