“Qeyri-qanuni immiqrasiyaya şərait yaradan insanlar cinayət məsuliyyətinə cəlb edilməlidir”.
Qaziler.az xəbər verir ki, bunu Amerikalı iş adamı İlon Mask Twitter (X) sosial şəbəkəsində paylaşıb.
Belə ki, biznesmen ABŞ Konqresinin Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinin nəşrinə cavabında yanvarın 10-da komitə üzvləri ölkənin Daxili Təhlükəsizlik Departamentinin rəhbəri Aleksandr Mayorkasın impiçmenti ilə bağlı görüşlər keçirəcəklərini bildirib.
“Qeyri-qanuni immiqrasiyaya yardım və köməklik göstərmək cinayətdir. Sərhəddəki böhran realdır və həll edilməlidir”, - deyib.
Qeyd edək ki, konqresmenlər Mayorkasın işindən narazıdırlar. Onların fikrincə, nazir qeyri-qanuni miqrasiya ilə mübarizə üçün kifayət qədər tədbirlər görmür.
QAZİLER.AZ