Filippində rusiyalı turistlər qəzaya düşüblər - VİDEO

Filippində rusiyalı turistlər qəzaya düşüblər - VİDEO backend

Filippində rusiyalı turistlər ölümlə nəticələnən qəzaya düşüblər.

Qaziler.az bildirir ki, bu barədə “SHOT Telegram” kanalı məlumat yayıb.

Kanalın yaydığı məlumata görə, avtomobilin qayalıqdan aşması nəticəsində bir qadın ölüb, daha iki kişi isə yaralanıb.

SHOT-un məlumatına görə, qəza Sebu kurort şəhəri yaxınlığında baş verib. Hadisə şahidlərinin sözlərinə görə, “Toyota Vios” markalı avtomobildə olan turistlər yoldan çıxaraq qarşı zolağa keçib və təxminən 60 metr hündürlükdə yerləşən qayadan yıxılıblar.

Qəza nəticəsində 43 yaşlı rusiyalı qadın yerindəcə dünyasını dəyişib. Onun həyat yoldaşı və sürücüsü müxtəlif bədən xəsarətləri ilə yerli xəstəxanaya çatdırılıb.

QAZİLER.AZ

Diaspora