ABŞ serbləri "F-16" qırıcıları ilə qorxudacaq

ABŞ serbləri "F-16" qırıcıları ilə qorxudacaq backend

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcı təyyarələri dəstək nümayişi olaraq Bosniya və Herseqovina üzərində uçacaq.

Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bunu Vaşinqtonun Sarayevodakı səfirliyi bildirib. Qeyd olunub ki, iki hərbi təyyarənin uçuşunun məqsədi Serb Respublikası sakinlərini “separatçı fəaliyyətlərdən” xəbərdar etməkdir.

Səfirlikdən verilən məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki “F-16” döyüş qırıcıları ABŞ Xüsusi Qüvvələri və Bosniya-Herseqovina Ordusunun şəxsi heyətinin yerdən Birgə Terminal Hücum Koordinatorları ilə ikitərəfli hava-yer təlimləri keçirəcək.

Səfirlik vurğulayıb ki, tədbir Qərbi Balkanlarda “sülh və asayişin” təmin edilməsi üçün iki ordunun əməkdaşlığının nümayişi olacaq. Amerika diplomatik missiyası bununla Bosniya və Herseqovinanın ərazi bütövlüyünə sadiqliyini ifadə etdiyini bildirib.

QAZİLER.AZ

Diaspora