Federal bank Almaniyanın qızıl ehtiyatı haqda ilk dəfə təfərrüatlı məlumat yayıb. AZƏRTAC “Focus-online” portalına istinadla xəbər verir ki, Almaniya qızıl ehtiyatının həcminə görə ABŞ-dan sonra dünyada ikinci yeri tutur. Federal bankın fondunda 3384 ton qızıl ehtiyatı var. 2014-ci ilin sonunda qızıl külçələrin dəyəri 107 milyard avro təşkil edib ki, bu da ümumi valyuta ehtiyatının üçdə ikisi deməkdir.
Federal bank Almaniyanın qızıl ehtiyatı haqda ilk dəfə təfərrüatlı məlumat yayıb.AZƏRTAC “Focus-online” portalına istinadla xəbər verir ki, Almaniya qızıl ehtiyatının həcminə görə ABŞ-dan sonra dünyada ikinci yeri tutur. Federal bankın fondunda 3384 ton qızıl ehtiyatı var. 2014-ci ilin sonunda qızıl külçələrin dəyəri 107 milyard avro təşkil edib ki, bu da ümumi valyuta ehtiyatının üçdə ikisi deməkdir.
Ən maraqlısı odur ki, qızıl ehtiyatının yalnız 35 faizi Almaniya ərazisində -Frankfurt şəhərində saxlanılır. Qalan 43 faizi Nyu-Yorkda, 13 faizi Londonda, 9 faizi isə Paris anbarlarında qorunur. Plana görə, 2020-ci ilədək qızıl ehtiyatının ölkə xaricindən Frankfurta gətirilməsi nəzərdə tutulur.