Macarıstan Nazirlər Kabineti baş nazir Viktor Orbanın müvəqqəti olaraq Avropa İttifaqı Şurasının sədri postunu tuta biləcəyi ilə bağlı məlumatlarla əlaqədar hər kəsə strateji sakitliyi qorumağı tövsiyə edib.
Qaziler.az xəbər verir ki, bu müraciətlə Macarıstan hökumət başçısının mətbuat katibi Bertalan Havaşi çıxış edib. Onun sözlərini "Mandiner" jurnalı sitat gətirib.
"Biz bu məsələdə strateji sakitliyi qorumağı tövsiyə edirik”, - deyə Macarıstan Nazirlər Kabinetinin spikeri bildirib.
“Politico” qəzeti mandatı 2024-cü il noyabrın 30-da başa çatan Avropa Şurasının hazırkı rəhbəri Şarl Mişelin Avropa Parlamentinin yay seçkilərində iştirak edəcəyini açıqladığını və bu səbəbdən hazırkı çağırışı tərk edəcəyini yazıb. Avropa Şurası rəhbərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi və varisi olmadığı halda bu vəzifə müvəqqəti olaraq həmin vaxt Aİ Şurasına sədrlik edəcək ölkənin baş nazirinə verilir. Bu isə siyasətçi Viktor Orban olacaq.
QAZİLER.AZ