“Surroqat analığın acınacaqlı təcrübəsi bütün dünyada qadağan edilməlidir”.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu Roma Papası Fransisk diplomatlara müraciəti zamanı deyib. Onun fikrincə, uşaq bir hədiyyədir və doğulmamış uşaqlar insan alverinə məruz qalmamalıdır.
“Digər şeylərlə yanaşı, bu cür hallar qadının ləyaqətini alçaldır”, - deyə o əlavə edib.
“Bu, ananın maddi ehtiyac vəziyyətinin istismarına əsaslanır. Uşaq həmişə bir hədiyyədir, müqavilə obyekti deyil. Buna görə də mən beynəlxalq ictimaiyyətin bu praktikanı universal səviyyədə qadağan etmək səylərinə ümid edirəm”, - deyə Papa bildirib.
QAZİLER.AZ