Serbiya lideri Vuçiç "Bizim kifayət qədər insanımız yoxdur. Serbiyanın cənubu bütün ölkəni müdafiə edə bilməz" deyib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Vuçiç ordudakı insanların sayının vacib olduğunu vurğulayıb.
Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin hərbi imkanlarını dəyərləndirib.
Vuçiç ölkədə icbari hərbi xidmətdən danışarkən ordu üçün insan resurslarının vacibliyini vurğulayıb.
Yerli televiziya kanalında Milad bayramı çərçivəsində pravoslav xristianların qatıldığı proqramda Vuçiç orduya verdikləri əhəmiyyətlə bağlı açıqlamalar verib.
"Bizim üçün Serbiyaya yeni bir şey gətirmək çətindir, çünki heç kim hərbi cəhətdən neytral ölkənin bizim qədər tez güc qazanmasına imkan verməz. Biz 12 yeni müasir texnikanın alınması prosesindəyik", - Vuçiç bildirib. dedi.
Vuçiç ölkədə hərbi xidmətin icbari olması ilə bağlı son cəhdlərə toxunaraq deyib:
"Pulumuz var, bircə sual odur adamlarımızın olub olmamasıdır. Bu gün biz tank baxımından super gücük, çoxlu tanklarımız var, amma problem budur: Bizdə kifayət qədər insanımız yoxdur. Serbiyanın cənubu bütün ölkəni müdafiə edə bilməz".
“Ordu olmasa, dövlət də olmaz, bizi bir gecədə yeyərlər”, ifadəsini işlədən Vuçiç açıqlamasından istifadə edərək ölkə ordusunun əvvəlki illərlə müqayisədə 3 dəfə güclü olduğunu qeyd edib.
QAZİLER.AZ