Avstraliyada daşqın səbəbindən sakinlərə evlərini tərk etmələri üçün xəbərdarlıq edilib

Avstraliyada daşqın səbəbindən sakinlərə evlərini tərk etmələri üçün xəbərdarlıq edilib backend

Avstraliyanın cənub-şərqindəki Viktoriya əyalətində güclü yağışdan sonra baş verən daşqınlar səbəbindən yüzlərlə insan evlərini tərk etmək tapşırılıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Viktoriya Əyalət Fövqəladə Hallar Xidmətləri, ərazidə güclü yağışın səbəb olduğu daşqınla bağlı açıqlama verib.

Açıqlamada suların sürətlə yüksəlməsi ilə əlaqədar sakinlərə və turistlərə dərhal ərazini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib və səlahiyyətlilərin axtarış-xilasetmə işləri zamanı 38 nəfəri xilas etdiyi bildirilib.

QAZİLER.AZ

Diaspora