ABŞ-da ilk dəfə olaraq edam cəzası azot inhalyasiyası ilə həyata keçiriləcək.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, azot qazı ilə edam ediləcək ilk məhbus 58 yaşlı Kennet Smit olacaq.
O, 1988-ci ildə sifarişli qətl törətməkdə təqsirli bilinib.
Edamın 2024-cü il yanvarın 25-də Alabama Ştat Penitensiarında həyata keçirilməsi planlaşdırılır. Məhkumun üzünə qaz balonuna qoşulmuş maska taxılacaq.
BMT-nin dörd xüsusi məruzəçisi bəyanatda bu növ edamın beynəlxalq konvensiyaya zidd olduğunu bildirib.
Ekspertlər vurğulayıb ki, ABŞ hakimiyyətini azot qazından istifadə etməklə məhbusa qarşı qəddar, qeyri-insani və ya ləyaqətini alçaldan addım atır.
Qeyd edək ki, bu edam növü ilə məhbusa yalnız azotla nəfəs almağa icazə verilir, onu oksigendən məhrum edir. Hazırda ABŞ-ın üç ştatında bu cəza üsuluna icazə verilir, lakin praktiki olaraq heç vaxt istifadə olunmayıb.