Bu ölkə vətəndaşları Şengen zonasına vizasız səfər edəcəklər

Bu ölkə vətəndaşları Şengen zonasına vizasız səfər edəcəklər backend

Kosova vətəndaşları Şengen bölgəsinə vizasız səyahət etmək hüququ qazandıqdan sonra ilk səfərlərə başlayıblar.

QAZILER.AZ Axar.az-a istinaden xəbər verir ki, Kosova hökuməti Baş nazir Albin Kurt və xarici işlər və diaspor naziri Donika Gervalla-Şvars hava limanında Vyanaya vizasız gedəcək sərnişinləri yola salıblar.

Baş nazir Kurti çıxışında 2024-cü ildən vizasız səyahət imkanının qüvvəyə minməsi ilə Kosovaya edilən ədalətsizliyin aradan qaldırıldığını bildirib:

“Uzun müddət gözlədik, bir çox imkanlardan məhrum olduq, ona görə də bu gün əhəmiyyətli bir gündür”.

Xarici işlər və diaspor naziri Donika Gervalla-Şvars isə bildirib ki, artıq gərəksiz bürokratiya yoxdur. Onun sözlərinə görə, Kosova biznesmenləri də öz fəaliyyət sahələrini genişləndirmək və ölkəyə daha yaxşı və daha davamlı investisiyalar gətirmək imkanı əldə edəcəklər.

Bu gündən etibarən kosovalılar Şengen bölgəsinə 90 günə qədər vizasız gedə bilərlər. Beləliklə, Qərbi Balkanlarda sözügedən bölgəyə vizasız gedə bilməyən ölkə qalmayıb.

Diaspora