Kim Çen In: Ehtiyatsız siyasət hər an Koreya yarımadasında müharibəyə səbəb ola bilər

Kim Çen In: Ehtiyatsız siyasət hər an Koreya yarımadasında müharibəyə səbəb ola bilər backend

Koreya yarımadasının dünyanın iki ən düşmən ölkəsinin yaşadığını heç kim inkar edə bilməz.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi Şimali Koreya lideri Kim Çen Ina istinadən məlumat yayıb. “Məlumdur ki, nəhəng qüvvələrin bir-biri ilə toqquşduğu demarkasiya xətti ərazisində hətta kiçik insident belə fiziki toqquşmaya və gərginliyə səbəb ola bilər. İndi Koreya yarımadasında iki ən düşmən dövlətin birgə mövcud olduğunu heç kim inkar edə bilməz” – o deyib.

Kim Çen In bunları Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin plenumundakı çıxışında söyləyib.

Kim Çen In qeyd edib ki, “KXDR-in rəqiblərinin ehtiyatsız siyasəti” hər an Koreya yarımadasında müharibəyə səbəb ola bilər. Birləşmiş Ştatlarla münasibətlərdən danışarkən o, “güclərə cavab olaraq güc” prinsipini bəyan edib və əlavə edib ki, “super sərt hücum kursu” davam etdirmək niyyətindədir.

KXDR lideri həmçinin bildirib ki, partiya Koreya Respublikası ilə dialoq yolu ilə birləşməyi mümkün hesab etmir və Cənubi Koreya hakimiyyətini Amerikanın “müstəmləkə administrasiyasının əlaltıları” adlandırıb.

 

 

Diaspora