Qırğızıstan prezidenti Sadır Japarov qar bəbirinin respublikanın milli rəmzi kimi tanınması haqqında fərman imzalayıb.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidmətinin məlumatında bildirilir. Qeyd olunur ki, qar bəbiri Beynəlxalq Təbiəti Mühafizə İttifaqının qırmızı siyahısına daxil edilib.
Dövlət başçısının fərmanına əsasən, hökumətə qar bəbirin sayının və onun ekosisteminin mühafizəsi üçün tədbirlər görmək tapşırılıb. Bundan əlavə, Nazirlər Kabinetinə loqonun hazırlanması üzərində işləmək, habelə yeni dövlət rəmzindən istifadə istiqamətlərini müəyyən etmək tapşırılıb.