Qəzza zolağından daha 33 Rusiya vətəndaşını aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Moskvanın Domodedovo hava limanına enib.
Qaziler.az bildirir ki, qurum bu barədə dekabrın 29-da özünün Telegram kanalında məlumat yayıb.
"Ümumilikdə 1158 rusiyalı və onların ailə üzvləri Fələstin-İsrail münaqişəsi zonasından Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysləri ilə təxliyə edilib", - nazirliyin bəyanatında deyilir.
Elə həmin gün, dekabrın 29-da Rusiya Fövqəladə Hallar Nazirliyinin əlavə xüsusi reysi Qahirədən Moskvaya uçub. Təyyarədə Fələstin-İsrail münaqişəsi zonasını tərk etmək qərarına gələn 14-ü uşaq olmaqla 33 nəfər olub.
QAZİLER.AZ