"Yumurtaları Putinə vermək lazımdır" - Lukaşenko

"Yumurtaları Putinə vermək lazımdır" - Lukaşenko backend

Belarus Prezidenti Aleksandr Lukaşenko “Birinci Milli Ticarət Evi” ticarət mərkəzindəki “Vitebsk” broyler quşçuluq ferması mağazasına səfəri zamanı şirkətə toyuq yumurtasının Rusiya Federasiyası ilə bölüşdürülməsi barədə göstəriş verib.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.

"Yumurta varmı?" - Lukaşenko soruşub. Müəssisənin baş direktoru Anna Norkus isə prezidentin sualına müsbət cavab verib. Bundan sonra Lukaşenko yumurtaları “Putinə vermək lazımdır” deyib.

Norkus qeyd edib ki, quşçuluq təsərrüfatı istehsal etdiyi məhsulun 70 faizini daxili bazara verir, 30 faizi isə ixrac olunur ki, bunun da 16 faizi Rusiyayadır.

QAZİLER.AZ

Diaspora