Belarus prezidenti Aleksandr Lukaşenko 2024-cü il fevralın 1-dən pensiyaların 10% artırılması haqqında fərman imzalayıb.
Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, müvafiq fərmanın mətni Belarus prezidentinin saytında yerləşdirilib.
Fərmana görə, 2024-cü il üçün 1,8 milyard Belarus rublu pensiya xərclərinə 166 milyon Belarus rublu əlavə olunacaq.
Qeyd edək ki, Lukaşenko 2024-cü il yanvarın 1-dən ölkədə yeni qiymət sisteminin tətbiqinə göstəriş verib.
QAZİLER.AZ